<span style="color:red;">Sürücülərin nəzərinə:  Bakının mərkəzində yol bağlanacaq
15 oktyabr 2014 11:57 (UTC +04:00)

Sürücülərin nəzərinə: Bakının mərkəzində yol bağlanacaq

Rəşid Behbudov küçəsinin Bakıxanov küçəsi ilə kəsişməsində hərəkətin təşkili ilə əlaqədar yol cizgi xətləri yenidən rənglənəcək. 

Lent.az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən edilmiş təklifə əsasən qeyd olunan küçələrin kəsişməsində işıqfora daimi sağadönmə seksiyasının əlavə edilməsi məqsədilə bu gün saat 11:00-dan etibarən yol cizgi xətləri yenidən rənglənəcək. Rənglənmə işləri zamanı yolda nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ilə əlaqədar yarana biləcək sıxlığı nəzərə alaraq sürücülərə alternativ olaraq Səməd Vurğun küçəsindən istifadə etmələri tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 864

Oxşar yazılar