Noyabrın 15-də 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsində “Metaltara” MMC şirkətinin Xətai rayon İcra Hakimiyyətinə qarşı iddiası üzrə məhkəmə başa çatıb.
APA-nın məlumatına görə, məhkəmə iddianı qismən təmin edib. Həmin qərardan narazı qalan icra hakimiyyəti isə apellyasiya şikayəti verib.
Qeyd edək ki, şirkət icra hakimiyyətinə qarşı kompensasiyanın ödənilməsi barədə iddia qaldırıb.