Səyyar ASAN xidmət Samuxda
13 dekabr 2016 11:30 (UTC +04:00)

Səyyar ASAN xidmət Samuxda

0

Səyyar ASAN xidmət 13 - 27 dekabr tarixlərində Samux şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Lent.az-ın məlumatına görə, bundan başqa, Səyyar ASAN xidmət avtobusları dekabrın 13-dək Astarada, dekabrın 28-dək Qubada, dekabrın 16-dək Saatlıda, dekabrın 19-dək Siyəzəndə, dekabrın 24-dək Tovuzda, dekabrın 14-dək Qaradağ rayonunun Ələt qəsəbəsində, dekabrın 28-dək Ağcabədidə, dekabrın 15-dək Cəlilabadda, dekabrın 26-dək Qobustanda vətəndaşların xidmətində olacaqlar.

 

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

 

Bu xidmətlərə notariat fəaliyyəti; vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı; şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi; ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi; sürücülük vəsiqələrinin dəyişdirilməsi; əmək pensiyalarının təyin edilməsi; mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi; daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi; fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir. 

 

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 385

Oxşar yazılar