Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 14 Noyabr
14 noyabr 2016 20:09 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 14 Noyabr

GÜNÜN ŞƏRHİ

 

Türkiyənin Yaxın Şərq siyasəti ilə bağlı mübahisələr etmək olar, verilən bəyanatları, atılan addımları təqdir və tənqid etmək mümkündür. Amma bu bir gerçəyi dəyişdirmir - atılan addımlar Türkiyənin refleksləridir. Verilən mesajın mahiyyəti budur: “İraq və Suriyanın parçalanmasına yol verməyəcəyik!” Çünki bu iki ölkənin ərazi bütövlüyü Türkiyənin milli təhlükəsizlik maraqlarına çevrilib. Mesajın ardını isə belə oxumaq lazımdır: “Əgər parçalanma meyllərinin qarşısını ala bilməsək, o zaman biz də bölünən tortdan böyük bir parçaya iddialıyıq”. Ankaranın Mosul-Kərkük siyasətinin ana xəttini bu təşkil edir. “Fərat qalxanı” əməliyyatı ilə Yaxın Şərqdə passiv statusunu aktivləşdirən Türkiyəyə bu “özbaşınalığın” əvəzini PKK terroru ilə ödətməyə çalışırlar. Əslində Türkiyənin iki cəbhədə - ölkə daxilində PKK terroruna, ölkə xaricində İŞİD-ə və parçalanma tərəfdarlarına qarşı mübarizə apardığı iddiası yanlışdır. Yaxın Şərqdə iki deyil, bir cəbhə var, “Fərat qalxanı” və PKK-ya qarşı mübarizə bu cəbhənin fərqli istiqamətləridir. Ankaranın öz hədəfinə çatmasını əngəlləyəcək ən ciddi amil daxili həmrəyliyin olmamasıdır. Bu problem olmasa, Türkiyə Yaxın Şərq cəbhəsində öz hədəflərinə daha tez çatar. Çatacaqmı? Verilən bəyanatlar, məsələn, elə Atatürk Kültür Mərkəzi ilə bağlı məsələnin yenidən gündəmə gətirilməsi göstərir ki, ortamüddətli hədəflərə çatmaq ehtimalı üfüqdə belə görünmür.

 

Vüqar MƏSİMOĞLU

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 259
avatar

Oxşar yazılar