Serebral iflic olan uşaqlar xaricə müalicəyə göndərilir
29 noyabr 2016 15:18 (UTC +04:00)

Serebral iflic olan uşaqlar xaricə müalicəyə göndərilir

 

“İrsi xəstəlikləri olanlar xaricdə müalicə almaq üçün Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi üzrə Komissiyasına müraciət edir”.

 

Lent.az-ın məlumatına görə, bunu Komissiyanın sədri Nəsib Quliyev deyib.

 

N.Quliyev  bildirib ki, Komissiyasının əsasnaməsində yazılıb ki, obyektiv səbəbdən ölkə  daxilində xəstəliyin müalicəsi mövcud deyilsə, həmin xəstəni ölkədən kənarda müalicəyə göndərmək olar: “Son 2 ildə xaricə göndərilən xəstələr əsasən qrup şəkildə kurs müalicəsi almaq üçün olan xəstələrdir. Uşaqlar arasında xaricə göndərilənlər isə mərkəzi sinir sisteminin zədələnmələri, xüsusilə uşaq serebral iflici olanlardır.  Bunlar 3-4 qrup şəklində Türkiyədə uşaq reabilitasiya mərkəzinə göndərilir.

Eyni zamanda böyüklər arasında spinal, yəni onurğa beyni zədələnmiş xəstələr Ukraynanın Krım şəhərinə göndərilirdi. Bu torpaqlar Rusiyanın tabeçiliyinə keçdiyindən və onlarla hələ müqavilə olmadığından böyüklər də Türkiyəyə göndərilir”.

N. Quliyev  bildirib ki, bəzən insanlar irsi xəstəliyə yoluxur və müalicəsi üçün xaricə göndərilməklə bağlı müraciət edir: “ Amma unutmaq lazım deyil ki, irsi xəstəlik genlə ötürülür və bu irsi olaraq varsa, onu müalicə etmək mümkün deyil”.

N.Quliyev əlavə edib ki, Komissiyanın problemləri əsasən orqan köçürmə ilə bağlı olur: “Bəzən müəyyən orqanların köçürülməsi ilə bağlı yardım üçün bizə müraciət edirlər. Amma üzvlərin və toxumaların transplantasiyası, köçürülməsi və protezləşdirilməsi komissiyanın səlahiyyətinə aid deyil”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 347

Oxşar yazılar

Bakıda bu yol iki gün BAĞLI OLACAQ

Bakıda bu yol iki gün BAĞLI OLACAQ

18 iyul 2025 , 15:48
Bu verilişə görə "Xəzər TV"yə xəbərdarlıq olundu

Bu verilişə görə "Xəzər TV"yə xəbərdarlıq olundu

18 iyul 2025 , 15:43
Baş prokuror Zaqatalaya getdi

Baş prokuror Zaqatalaya getdi

18 iyul 2025 , 15:34
Jurnalistika ixtisasına qəbul olmaq istəyən  abituriyentlərə MÜRACİƏT

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərə MÜRACİƏT

18 iyul 2025 , 14:53
Heç kim onlara təşəkkür etmir...

Heç kim onlara təşəkkür etmir...

18 iyul 2025 , 14:44
Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olundu

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olundu

18 iyul 2025 , 14:16
Bu rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Bu rayonlara leysan yağıb - FAKTİKİ HAVA

18 iyul 2025 , 13:02
Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

18 iyul 2025 , 12:49