Sabahdan payız tətili başlayır
15 noyabr 2016 16:25 (UTC +04:00)

Sabahdan payız tətili başlayır

Noyabrın 16-dan məktəblilərin payız tətili başlayır.

 

Lent.az-ın məlumatına görə, sabahdan başlayan 5 günlük tətil noyabrın 20-dək davam edəcək.

Həmin tətil günləri bütün ümumtəhsil məktəblərinə aiddir. 2016-2017-ci dərs ilində həm beşgünlük, həm də altıgünlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində tətildən sonra ilk dərs günü 21 noyabr tarixində olacaq.

 

Qeyd edək ki, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvarı, ikinci yarımil isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir. Dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr) və 5 gün qış tətili (27-31 yanvar) olur. İbtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 249
avatar

Fərizə Əhmədova

Oxşar yazılar