Qar yağacaq, şaxta olacaq, yollar buzlayacaq - <span style="color:red;">PROQNOZ
17 dekabr 2016 12:18 (UTC +04:00)

Qar yağacaq, şaxta olacaq, yollar buzlayacaq - PROQNOZ

0

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sabaha olan hava proqnozunu açıqlayıb. Lent.az-ın məlumatına görə, dekabrın 18-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir qar yağacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Mülayim şimal-qərb küləyi gündüz cənub  küləyi  ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2°şaxtadan 1°-dək isti, gündüz  3-5° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir. 

 

Rayonlarda bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 345

Oxşar yazılar