Bakı metrosu bayram günü saat neçəyə qədər işləyəcək?
30 dekabr 2016 12:53 (UTC +04:00)

Bakı metrosu bayram günü saat neçəyə qədər işləyəcək?

0

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metro stansiyalarının iş qrafikində dəyişiklik edib. Bu barədə Lent.az-a  "Bakı Metropoliteni"  QSC-nin mətbuat katibi Nəsimi Paşayev məlumat verib.

 

N.Paşayevin sözlərinə görə, dəyişiklik Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar Bakıda keçiriləcək tədbirlərlə bağlıdır: "Həmin tədbirlərin iştirakçılarının daşınması məqsədilə 31 dekabrdan 1 yanvara keçən gecə "Bakı Metropoliteni QSC-nin bütün stansiyaları gecə saat 02:00-a qədər işləyəcək. Zərurət yaranacağı təqdirdə stansiyaların iş vaxtı 02:30-a qədər artırıla bilər".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 396

Oxşar yazılar