Yanvarın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 1-3° isti, gündüz 7-10° isti, Bakıda gecə 1-3° isti, gündüz 8-10° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin gün ərzində bəzi qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə isə yanvarın 25-i axşamadək Abşeron yarımadasında arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, 26-da mülayim xəzri küləyi əsasən əlverişlidir.