Noyabrın 20-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-10° isti, Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə sabah arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-5° isti, gündüz 6-10° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.