Fevralın 23-də səhər saatlarından Cəfər Xəndan küçəsinin İbrahimpaşa Dadaşov küçəsinin kəsişməsindən Azadlıq prospektinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.
“Azəryol” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu, həmin istiqamətdə aparılan təmir işləri ilə əlaqədardır. Hərəkətin məhdudlaşdırılması bir-neçə saat ərzində tətbiq ediləcək.
Göstərilən müddət ərzində sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.