Sabah Azərbaycana qar yağacaq, yollar buz bağlayacaq
14 dekabr 2016 12:25 (UTC +04:00)

Sabah Azərbaycana qar yağacaq, yollar buz bağlayacaq

0

 

Dekabrın 15-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. Lent.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbərinə görə, sabah arabir qar yağacağı gözlənilir.

 

Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, gecə və səhər çovğun olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

 

Havanın temperaturu gecə 1-3° şaxta, gündüz  1° şaxtadan 2°-dək isti olacaq.

 

Bakıda temperaturun gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacağı gözlənilir.

 

Yolların buz bağlama ehtimalı var.

 

Azərbaycanın rayonlarında arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz  0-5° şaxta olacağı gözlənilir.

 

Yollar buz bağlayacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 381

Oxşar yazılar