"Abituriyent" jurnalının xüsusi buraxılışları olan IX siniflər üzrə test kitabları dekabrın sonlarında çap ediləcək.
Dövlət İmtahan Mərkəzindən ( DİM) Lent.az-a verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında yeni təhsil proqramları (kurikulumları) üzrə buraxılış imtahanlarına hazırlaşanlar üçün rus bölməsi üzrə test tapşırığı nümunələri "Abituriyent" jurnalının xüsusi buraxılışları olan V-VIII siniflər üzrə test kitablarında artıq nəşr edilib.