Regionlardakı məktəbdənkənar təhsil müəssisələri qiymətləndiriləcək
08 fevral 2017 11:31 (UTC +04:00)

Regionlardakı məktəbdənkənar təhsil müəssisələri qiymətləndiriləcək

 

 

Regionlarda fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək. 

 

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, fevral ayında keçiriləcək qiymətləndirmə peşə-ixtisas, İKT, məntiq və pedaqogika sahələrini əhatə etməklə 60 sualdan ibarət olacaq.

 

Bildirək ki, qiymətləndirmənin həyata keçirilməsində məqsəd məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi üçün mövcud kadr potensialından daha səmərəli istifadə etməkdir. Qiymətləndirmədən keçən şəxslərin ixtisasartırmaya cəlb olunması və müəssisələrin sayının optimallaşdırılması zamanı işin yenidən təşkili nəticələrə əsasən həyata keçiriləcək.

Xatırladaq ki, ötən ilin dekabr ayında Bakı şəhərində yerləşən məktəbdənkənar təhsil müəssisələrində çalışan 1500 pedaqoji işçinin bilik və bacarıqları qiymətləndirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 162
avatar

Oxşar yazılar