<b>Azərbaycanda QİÇS-ə yoluxanların sayı azalıb </b>- <span style="color:red;">NİKAH STATİSTİKASI
08 dekabr 2016 11:25 (UTC +04:00)

Azərbaycanda QİÇS-ə yoluxanların sayı azalıb - NİKAH STATİSTİKASI

 

“Noyabr ayı ərzində ümumilikdə nikaha daxil olmaq istəyən 11 min 525 nəfər şəxsin icbari tibbi müayinəsi həyata keçirilib”.

 

Bunu  B .Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva Lent.az-a açıqlamasında deyib. 

 

Z.Əlimirzəyeva bildirib ki, ötən ay ərzində Azərbaycanda  nikaha daxil olmaq istəyən 340 nəfərdə talassemiya daşıyıcısı aşkarlanıb. Cəmi 6 cütlüyün hər ikisində bu qan xəstəliyi aşkar edilib.

 

Qurum rəsmisi əlavə edib ki, ötən ay  8  nəfərdə QİÇS, 32 nəfərdə isə sifilis xəstəliyi aşkarlanıb. Bu barədə müvafiq mərkəzlərə həmin cütlüklərlə bağlı geniş məlumat verilib. 

 

Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 232

Oxşar yazılar

Bakıda bu yol iki gün BAĞLI OLACAQ

Bakıda bu yol iki gün BAĞLI OLACAQ

18 iyul 2025 , 15:48
Bu verilişə görə "Xəzər TV"yə xəbərdarlıq olundu

Bu verilişə görə "Xəzər TV"yə xəbərdarlıq olundu

18 iyul 2025 , 15:43
Baş prokuror Zaqatalaya getdi

Baş prokuror Zaqatalaya getdi

18 iyul 2025 , 15:34
Jurnalistika ixtisasına qəbul olmaq istəyən  abituriyentlərə MÜRACİƏT

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərə MÜRACİƏT

18 iyul 2025 , 14:53
Heç kim onlara təşəkkür etmir...

Heç kim onlara təşəkkür etmir...

18 iyul 2025 , 14:44
Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olundu

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olundu

18 iyul 2025 , 14:16
Bu rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Bu rayonlara leysan yağıb - FAKTİKİ HAVA

18 iyul 2025 , 13:02
Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

18 iyul 2025 , 12:49