Qənirə Paşayeva Yeni ili ön cəbhə kəndlərində qeyd edib
02 yanvar 2017 11:23 (UTC +04:00)

Qənirə Paşayeva Yeni ili ön cəbhə kəndlərində qeyd edib

Millət vəkili Qənirə Paşayeva bayram gününü ön cəbhə kəndlərində müəllim və sakinlərlə qeyd edib, onların qayğıları ilə maraqlanıb.

Lent.az-ın məlumatına görə, deputat  Tovuzun Ağdam kəndində ilk öncə müəllimlərlə, daha sonra kənd sakinəri ilə görüşən millət vəkili ön cəbhə kəndlərinin qəhrəman kəndlər olduğunu söyləyib.

 

Qənirə Paşayeva kənd sakinlərinin müharibənin ən gərgin dövründə də, bu gün də düşmənin bütün təxribatlarına baxmayaraq heç bir zaman öz evlərini tərk etməməsini, bununla da düşmənə ən layiqli cavab verməsinin hər kəs tərəfindən yüksək qiymətləndirildiyini bildirərək ön cəbhədə gənclərimizin təhsilli, savadlı və eyni zamanda vətənpərvər yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayıb. 

 

Qənirə Paşayeva bir sıra seçiciləri də dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib.

 

Sakinlər millət vəkilindən Ağdam kəndinin bərbad vəziyyətdə olan yolunun düzəldilməsi üçün təkrar lazımi qurumlara müraciət etməsini xahiş ediblər. Bununla bağlı bir neçə dəfə müvafiq qurumlara müraciət etdiyini deyən millət vəkili Bakıya dönən kimi baş nazir Artur Rəsizadəyə ön cəbhə sakinlərinin bu xahişi ilə bağlı müraciət edəcəyini vurğulayıb. Millət vəkili həmçinin Əlibəyli, Xatınlı, Düz Qırıqlı, Alakol kəndlərini də ziyarət edib, sakinlərin bayramını təbrik edib, qayğı və problemləri ilə maraqlanb. Sakinlərlə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin tərəfindən araşdırılacağını bildirib.      

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 322
avatar

Oxşar yazılar