Qənirə Paşayeva İndoneziyanın Azərbaycandakı səfiri ilə görüşüb
14 dekabr 2016 13:36 (UTC +04:00)

Qənirə Paşayeva İndoneziyanın Azərbaycandakı səfiri ilə görüşüb

0

Millət vəkili Qənirə Paşayeva İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə Hüsnan Bəy Fanani hər iki ölkə arasında kifayət qədər uzunmüddətli diplomatik münasibətlər mövcud olduğunu deyib.

 

İndoneziyanın ərazi bütövlüyü, Qarabağ problemi, Xocalı soyqırımı məsələlərində Azərbaycanı dəstəklədiyini deyən millət vəkili bildirib ki, dost ölkənin bundan sonra da dəstək verəcəyinə inanır. 

 

Görüş zamanı bir sıra layihələr ətrafında geniş fikir mübadiləsi də aparılıb. Q. Paşayeva İndoneziya səfirini millət vəkili seçildiyi Tovuz rayonuna dəvət edərək iki dost ölkənin bölgələri arasında əməkdaşlığın inkişafının çox önəmli olduğunu deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar