<b>Qəbul imtahanlarının ödənişləri artırıla  bilər -</b> <span style="color:red;">DİM sədri
07 mart 2017 15:47 (UTC +04:00)

Qəbul imtahanlarının ödənişləri artırıla bilər - DİM sədri

“Gələcəkdə qəbul imtahanlarının daha da mürəkkəbləşməsi imtahanda iştirak üçün ödənişlərin artırılmasına təsir göstərə bilər”.

 

Lent.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

 

M.Abbaszadə bildirib ki, növbəti illərdə qəbul imtahanları üçün müəyyənləşdirilmiş ödənişin məbləğində dəyişiklik ola bilər: “Bu daimi prosesdir və Tarif Şurası tərəfindən bu məsələ daim diqqətdə saxlanılacaq”.

 

DİM-in sədri vurğulayıb ki, bəzi  şəxslər qəbul imtahanını bir növ oyuncağa çevirmişdilər və imtahanların ödənişli təyin edilməsi bu məsuliyyətsizliyi aradan götürəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 179
avatar

Fərizə Əhmədova

Oxşar yazılar