Qaz xəttində qəza Bakının enerji təchizatında problem yaratdı
27 dekabr 2016 12:31 (UTC +04:00)

Qaz xəttində qəza Bakının enerji təchizatında problem yaratdı

0

 

Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində baş vermiş qəza nəticəsində “Azərenerji” ASC-nin Bakı  və Sumqayıt şəhərlərindəki elektrik stansiyalarına verilən qaz təchizatı dayandırılıb.

 

“Azərişıq”ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq “Azərişıq” ASC-nin şəbəkələrində də qismən məhdudiyyətlər tətbiq edilib və elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranıb.

 

Yaranmış narahatlığa görə “Azərişıq” ASC abonentlərindən üzr istəyir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 362

Oxşar yazılar