Qanunsuz tikililərlə bağlı əsas problemi açıqlandı
24 yanvar 2017 13:23 (UTC +04:00)

Qanunsuz tikililərlə bağlı əsas problemi açıqlandı

"Bakıda və Abşeron yarımadasında qanunsuz tikilən evlərin çoxu torpaq, əmlak və digər vergilərə cəlb olunur. Ancaq bu tikililər rəsmiləşdirilməyib”.

 

APA-nın məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

 

A. Rəhimzadə qanunsuz tikililərlə bağlı problemin əsas səbəbini də açıqlayıb: “Çünki bələdiyyə bilməyib ki, torpaq ona, yaxud başqa bələdiyyəyə məxsusdur. Ona görə də qanunsuz tikililərlə bağlı problem yaranıb. Bələdiyyənin ərazisi dəqiqləşdirilib, xəritə veriləndən sonra bələdiyyə biləcək ki, bu torpaq onun ərazisidir, yoxsa yox. Xəritələr müəyyənləşəndən sonra bu problemlərin həlli daha asan olacaq. İndiyə qədər bələdiyyənin başqa bələdiyyənin ərazisində torpaq verməsi halları olub. Buna görə bələdiyyələri təqsirləndirmək də olmaz, çünki bir çox bələdiyyə indiyə qədər ərazisinin hara olduğu, haradan başlayıb harada qurtardığını bilməyib”.

 

Komitə sədri bələdiyyələrin xəritələrinin əksəriyyətinin hazırlanaraq Milli Məclisin Reyestr Xidmətinə verildiyini nəzərə çatdırıb: “Ümumilikdə, 59 rayonda ərazilərlə bağlı mübahisələr var. Həmin mübahisələr həll ediləndən sonra bələdiyyələrin hamısı biləcək ki, ərazisi haradır, hansı əraziyə sərəncam verə bilər, harada onun sərəncamı ilə ev tikə bilərlər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 306
avatar

APA Baycan

Oxşar yazılar