Ləğv edilən Qafqaz Universitetinin əvəzinə yaradılacaq qurumun adı məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Qafqaz Universiteti tamamilə ləğv olunacaq. Əvəzində isə Bakı Mühəndislər Universiteti yaradılacaq.
Yeni ali təhsil mərkəzində Qafqaz Universitetinin yalnız texniki fakültələri qalacaq. Buradakı fakültələri isə profilinə uyğun olaraq digər ali təhsil ocaqlarına yönləndiriləcək.
**
10:48
"Qafqaz" Universitetinin ləğv olunması ilə bağlı "Vergilər" qəzetində dərc olunan məlumata universitetin rektoru Havar Məmmədov aydınlıq gətirib.
***
09:15
Qafqaz Universiteti ləğv olunduğunu elan edib. "APA-Economics" xəbər verir ki, elan "Vergilər" qəzetinin xüsusi buraxılışında yerləşdirilib.
Elana əsasən, ali təhsil ocağı təsisçinin qərarı ilə könüllü şəkildə ləğv olunur.
Kreditorlar iki ay ərzində tələblərini Xırdalan şəhəri, akademik Həsən Əliyev 120 ünvanına bildirə bilərlər.