<b>Qafqaz Universitetinin tələbələrinin</b> <span style="color:red;">DİQQƏTİNƏ! - BƏYANAT
18 yanvar 2017 12:20 (UTC +04:00)

Qafqaz Universitetinin tələbələrinin DİQQƏTİNƏ! - BƏYANAT

Qafqaz Universiteti təsisçisi Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin qərarı əsasında ləğv edilib.

 

Bu barədə Lent.az-a Qafqaz Universitetinin mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda bildirilir ki, təsisçinin təşkil etdiyi Ləğvetmə Komissiyası tərəfindən qanunvericiliyin tələblərinə uyğun proses idarə edilir və bu çərçivədə 18 yanvar 2017-ci il tarixində rəsmi qəzetdə elan verilib.

Qafqaz Universitetində hazırda tədris fəaliyyətləri fasiləsiz davam etdirilir, qış imtahan sessiyasının gedişində heç bir problem yoxdur.

Universitetin yaydığı məlumatda deyilir ki, tələbələr təhsil hüquqlarının təmin edilməsi, təhsillərini uğurla davam etdirmələri baxımından heç bir problem yaşamayacaq: “Qafqaz Universitetində təhsil alan tələbələrin böyük əksəriyyəti yüksək bal toplayaraq universitetə qəbul olunan tələbələrdir və bu tələbələrimizin və valideynlərinin narahatlığına heç bir səbəb yoxdur”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 165
avatar

Oxşar yazılar