“Televiziya və radio yayımı haqqında” qanuna dəyişiklik təsdiqləndi
12 dekabr 2016 15:28 (UTC +04:00)

“Televiziya və radio yayımı haqqında” qanuna dəyişiklik təsdiqləndi

0

Prezident İlham Əliyev “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 369-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın president.az-a istinadən məlumatına görə, sərəncama əsasən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 12-1-ci maddə əlavə edilib:

 

“Maddə 12-1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumatın verilməsi

12-1.1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir.

12-1.2. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir.

12-1.3. “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına yol verilmir.”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 307

Oxşar yazılar