Poçtda xidmət dəyişdirilir
09 fevral 2017 23:51 (UTC +04:00)

Poçtda xidmət dəyişdirilir

Yaxın günlərdə "Azərpoçt" MMC Bakıda "Şəbəkə" xidmət mərkəzi açacaq.

 

Trend-ə şirkətdəki mənbənin verdiyi məlumata görə, mərkəz "vahid pəncərə" sistemi ilə fəaliyyət göstərəcək.

 

Mərkəzdə vətəndaşlara poçt və maliyyə məsələləri, stasionar telefonun qoşulması, telefon nömrəsinin addan ada keçirilməsi, aviabiletlərin alınması və digər məsələlərlə bağlı xidmətlər göstəriləcək.

 

Bu ilin ilk yarısınadək Bakıda beş "Şəbəkə" mərkəzinin açılması planlaşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 181
avatar

Oxşar yazılar