"Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”na uyğun həyata keçirilən tədbirlər sayəsində ana və uşaq sağlamlığını xarakterizə edən göstəricilər müsbət istiqamətdə dəyişib".
Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, əgər 2014-cu ildə körpə ölümü göstəricisi 10,2 promille idisə, 2016-cı ildə bu rəqəm beynəlxalq diridoğulma meyarları nəzərə alınmaqla 11,2 promille təşkil edib. Ana ölümü əmsalı isə 2015-ci ildə 24 olduğu halda, bu il 22-yə enib.
Qeyd edək ki, 2015-ci il yanvarın 1-dən ölkədə diridoğulmanın beynəlxalq meyarlarının tətbiqinə başlanılıb, 1000 qramdan az çəki ilə doğulmuş 295 yenidoğulmuşdan 135-ni xilas etmək mümkün olub.