2016-cı ilin 11 ayı ərzində 60,8 min nikah və 12,0 min boşanma halları qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, ötən il əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,9, boşanmaların sayı isə 1,4 olub.
Komitənin ötən ilə dair yaydığı statistik məlumatda bildirilir ki, Azərbaycanda ötən ilin yanvar-noyabr ayları ərzində 51,6 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 5,8 təşkil edib.