Ötən il 11 min ərzaq məhsulu dövlət qeydiyyatına alınıb
15 fevral 2017 12:00 (UTC +04:00)

Ötən il 11 min ərzaq məhsulu dövlət qeydiyyatına alınıb

 

Ötən il Nazirlər Kabinetinin 17.06.2016-cı il tarixli 231 saylı qərarı ilə təsdiq edilmiş “Sanitariya nəzarətində olan məhsulların siyahısı”na uyğun olaraq hüquqi və fiziki şəxslərin müraciətləri əsasında ərzaq və qeyri-ərzaq məhsullarından götürülmüş nümunələr laborator müayinələrə cəlb edildikdən sonra dövlət gigiyena qeydiyyatına alınıb. Respublika Sanitariya-Karantin Müfəttişliyinin Sanitariya- Gigiyena şöbəsinin müdiri Saleh Novruzi bildirib ki, qeydiyyata alınan məhsullardan 10 min 998-ni ərzaq, 4484-nü qeyri-ərzaq məhsulları təşkil edib.

 

S. Novruzi qeyd edib ki, ölkəyə idxal olunan məhsullar əsasən Türkiyə, Rusiya, İtaliya, Fransa, Ukrayna, Almaniya, Avropanın bir çox ölkələrindən gətirilir. Ötən il qeydiyyata alınan məhsullar sırasında uşaq qidaları, ət məhsulları, konservləşdirilmiş məhsullar, süd məhsulları, qənnadı məhsulları üstünlük təşkil edib.

 

Dövlət gigiyena qeydiyyatına alınan məhsullar Dövlət Gömrük Komitəsi ilə Respublika Sanitariya-Karantin Müfəttişliyi arasında elektron formada qarşılıqlı informasiya mübadiləsinin aparılması üçün yaradılmış Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində (VAİS) yerləşdirilir. Bununla da gömrük-sərhəd keçidlərində və gömrük rəsmiləşdirilməsi aparılan terminallarda dövlət gigiyena qeydiyyatına alınmış məhsullar barədə tam məlumat olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 359
avatar

Fərizə Əhmədova

Oxşar yazılar