5 tələbənin öldüyü dəhşətli qəzadan <span style="color:red;">YENİ XƏBƏR - YARALILAR NECƏDİR?
10 mart 2017 11:49 (UTC +04:00)

5 tələbənin öldüyü dəhşətli qəzadan YENİ XƏBƏR - YARALILAR NECƏDİR?

 

Ötən gün Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında xəsarət alan tələbələrdən birinin vəziyyəti olduqca ağırdır.

 

1 saylı Kliniki Tibbi Mərkəzdən Lent.az-a verilən məlumata görə, xəstəxanaya yerləşdirilən 1999-cu il təvəllüdlü Lalə Nəsirzadənin durumu çox ağırdır.

 

Xəstəxanadan bildirildi ki, qəza nəticəsində həm də kəllə-beyin travması alan L.Nəsirzadənin dalağı və qaraciyəri dağıldığı üçün əməliyyat olunub. 

 

Dünən xəstəxanaya yerləşdirilən daha iki xəstə - 1997-ci il təvəllüdlü Rəsul Sadıqov və  1999-cu il təvəllüdlü Emin Həmidovun isə vəziyyəti orta-ağır olaraq qalır. Onların müalicəsi davam etdirilir.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Lent.az-a bildirib ki, dünən Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında olan 14 nəfər yaralıdan beşi bu gün səhər evlərinə buraxılıb. Hazırda xəstəxanada 9 yaralı qalıb.

 

Dünən Sumqayıt şəhər Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılan  Mürsəlzadə Aydan Zahir qızının isə vəziyyəti yaxşıdır və bu gün artıq palataya köçürülüb.

 

Xatırladaq ki, dünən Bakı-Sumqayıt yolunda 5 tələbənin ölümü ilə nəticələnən qəza baş verib.

 

Qəzada Sumqayıt Dövlət Universitetinin tələbələri olan Nəsibov İbrahim Xəqani oğlu, Quliyev İbrahim Vüqar oğlu, Caniyev Rəşad Füzuli oğlu, Muradova Roza Eynulla qızı və Quliyeva Çinarə Azər qızı vəfat edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 272
avatar

Fərizə Əhmədova

Oxşar yazılar