Fiziki şəxslər tərəfindən ölkəyə müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələrinin qeydiyyat müddətinin uzadılması xidməti “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.
Agentliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dünəndən etibarən, şəxslər Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən “Fiziki şəxslər tərəfindən müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələrinin qeydiyyat müddətinin uzadılması xidməti” üçün bütün “ASAN xidmət” mərkəzlərinə (Masallı regional “ASAN xidmət” mərkəzi istisna olmaqla) müraciət edə bilərlər.
Qeyd edək ki, şəxs ölkəyə müvəqqəti gətirilmiş avtonəqliyyat vasitəsinin ölkədə qalma müddətinin bitməsinə ən azı 1 gün qalmış müddətin uzadılması üçün müraciət etməlidir.
Xatırladaq ki, “ASAN xidmət” mərkəzləri vasitəsi ilə göstərilən xidmətlər, dövlət rüsümü, iş qrafiki haqqında məlumatı 108 Çağrı Mərkəzindən əldə etmək mümkündür.