Qəza zamanı zərərçəkənlərin sayı azalır – <span style="color:red;">Təcili Yardım
21 noyabr 2016 12:47 (UTC +04:00)

Qəza zamanı zərərçəkənlərin sayı azalır – Təcili Yardım

 

Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında ölkədə yol nəqliyyat hadisələri zamanı zərərçəkənlərə göstərilən tibbi yardıma həsr edilmiş tədbir keçirilib.

 

 

Lent.az-ın məlumatına görə, 2006-cı ildə respublika ərazisində baş vermiş yol nəqliyyat hadisələri zamanı reanimasion-anestezioloji yardımın gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyinin 120 saylı əmri əsasında  Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (SNTTTYS)nəzdində 12 Regional məntəqə və “113” dispetçer mərkəzi yaradılıb və 2007-ci ildən tam fəaliyyətə başlayıb.

 

Bildirək ki, SN TTTYS-nın “113” dispetçer mərkəzində 5 dispetçer fəaliyyət göstərir və göndəlik olaraq 12 anestezioloji-reanimasion briqada xəttə olur.

2007 – 2016-cı illər ərzində  “113” xidmətinin dispetçer mərkəzinə yol nəqliyyat hadisələri ilə bağlı 9394 müraciət qəbul edilib.  Bu hadisələr zamanı 12223 zərərçəkənə yüksək səviyyəli tibbi xidmət göstərilib.  Bu pasientlərdən 7866 (64%) nəfər xəstəxanaya yerləşdirilib.

 

2016-cı il yanvar – oktyabr aylarında yol nəqliyyat hadisələri ilə bağlı 794 müraciət qeydiyyata alınıb. Bu isə keçən ilin analoji göstəricisindən 15% azdır. Bu hadisələrdə 1140 zərərçəkən qeydə alınıb,  bu isə keçən ilin analoji göstəricisindən 7% azdır. Ümumilikdə zərərçəkənlərin 758 (66%) nəfəri xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, yol nəqliyyat hadisələri ilə bağlı çağırışlar ən çox Şirvan, Kürdəmir, Yevlax, Siyəzən, Gəncə və İmişli məntəqələrinin xidmət göstərdiyi ərazilərdə baş verib.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 304
avatar

Fərizə Əhmədova

Oxşar yazılar