Bu ilin ilk Günəş tutulması hadisəsi fevralın 26-da baş verəcək.
Azərbaycan Milli Elmlər Akademiyasından ( AMEA) Lent.az-a verilən məlumata görə, dairəvi Günəş tutulması günorta saatlarında başlayacaq. Yerdən Ay səthinin arxasında gizlənəcək Günəşin yalnız nazık dairə şəklində olan az bir hissəsi görünəcək.
Bu ecazkar səma hadisəsini Cənubi və Qərbi Afrika, Cənubi Amerika, Antarktida sakinləri müşahidə edə biləcəklər.