Bayram günlərində dəmir yolunda gücləndirilmiş rejim tətbiq olunacaq
15 mart 2017 10:09 (UTC +04:00)

Bayram günlərində dəmir yolunda gücləndirilmiş rejim tətbiq olunacaq

 

 

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin kollektivi Novruz bayramı ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq.

 

Qurumdan Lent.az-a verilən məlumata görə, Sərnişin Daşımaları Departamentinin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür.

 

Bayram ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 20-25, bəzən də 30 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək.

 

«Azərbaycan Dəmir Yolları»  QSC bir daha sərnişinlərin nəzərinə çatdırır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 196

Oxşar yazılar