Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 12 Yanvar
12 yanvar 2017 20:22 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 12 Yanvar

YORUM

 

"Qara qızıl" bazarındakı vəziyyət göz önündədir. Son illər ərzində işbazlar neft bazarındakı güclü hərəkətlənməyə o qədər öyrəşib ki, hazırda qiymətlərdə müşahidə olunan istənilən dəyişmə ajiotaja səbəb olur... Son iki həftə ərzində neft təqribən 6 faiz dəyər itirmişdi... Qiymətlərdəki azalma istisnasız olaraq Amerikan sessiyası zamanı başlayır... Qiymətlərin azalmasında həlledici rol oynayan faktor nədir...? Həftənin başlanğıcında mətbuat səhifələrində OPEK üzvü ölkələri tərəfindən hasilatın azaldılması ilə bağlı razılaşmaya əməl olunmadığı, eləcə də ABŞ-ın slans sektorunda yeni bumun başlandığını əks etdirən xəbərlər yer almağa başladı... Lakin, bütün bunların bazarlardakı vəziyyətdə həlledici rol oynadığını söyləmək olmaz... Burada əsas olan pul faktorudur və əgər neft qiymətlərinin artırılmasına istiqamətlənən oyunlar artıq işbazların marağını cəlb etmirsə, istənilən digər variantlar barəsində düşünmək olar... Neftin qiymətlərinə neqativ çalar qatan daha bir nüans Amerika Neft İnstitutunun "qara qızıl" ehtiyatları ilə bağlı açıqladığı məlumatlardır... Belə ki, institut ekspertləri ABŞ-ın neft ehtiyatlarının ötən həftə ərzində 1,53 milyon barel, yanacaq resurslarının 1,69 milyon, digər yanacaq növləri üzrə rezervlərin 5,5 milyon barel artdığı barəsində proqnoz səsləndirib... Beləliklə, indi nəzərlər ABŞ Energetika Nazirliyinin açıqlayacağı rəqəmlərdədir...
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 193
avatar

Oxşar yazılar