Nadir xəstəliklərin müalicəsi üçün dərmanların yeni siyahısı hazırlanacaq
15 dekabr 2016 17:31 (UTC +04:00)

Nadir xəstəliklərin müalicəsi üçün dərmanların yeni siyahısı hazırlanacaq

0

Dekabrın 14-də  Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində nadir xəstəliklərin müalicəsində istifadə edilən dərman vasitələrinin siyahısının yenidən tərtib edilməsi ilə əlaqədar elmi toplantı keçirilib.

 

Mərkəzdən Lent.az-a verilən məlumata görə, tədbirdə qeyd olunub ki, çox nadir xəstəlik üçün xəstəliyi tamamilə yaxşılaşdıran bir müalicə yoxdur, ancaq uyğun müalicə və tibbi baxım xəstələrin həyat keyfiyyətini artıra və gözlənilən həyatlarını uzada bilər. 

 

Tədbirdə mütəxəssislər tərəfindən nadir xəstəliklərin müalicəsində istifadə olunan dərman vasitələrinin ekspertlər tərəfindən  yeni siyahılarının tərtibatı üçün bir həftə vaxt razılaşdırılıb. Siyahılar Səhiyyə Nazirliyinə təqdim olunacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 700

Oxşar yazılar