Prezident İlham Əliyev Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və onlar xüsusi aylıq təqaüdə layiq görülüblər:
Behbudov Rəşid Ələddin oğlu – Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi
İsmayılova Nərminə Zahid qızı – Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi.