Daha bir küçədə hərəkət məhdudlaşdırılır
30 mart 2017 18:43 (UTC +04:00)

Daha bir küçədə hərəkət məhdudlaşdırılır

Mirzəağa Əliyev küçəsində hərəkət məhdudlaşdırılır.

 

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması çərçivəsində Mirzəağa Əliyev küçəsinin Murtuza Muxtarov küçəsi ilə kəsişməsində avtonəqliyyat vasitələrinin hərəkəti 31 mart tarixindən etibarən məhdudlaşdırılacaq.

Hərəkətin məhdudlaşdırılması sözügedən ərazidə aparılan yenidənqurma işləri bitənədək qüvvədə olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 163
avatar

Oxşar yazılar