Azərbaycanda meyitdən orqan köçürülməsinə nə vaxt başlanacaq?
30 mart 2017 09:57 (UTC +04:00)

Azərbaycanda meyitdən orqan köçürülməsinə nə vaxt başlanacaq?

 

“Azərbaycanda meyitdən orqan götürülməsi işinin icrası ilə bağlı məsələlərin müzakirəsi tibbi aspektdən bu yaya kimi yekunlaşacaq”.

 

Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi Lent.az-a açıqlamasında bildirib ki, istər canlı donordan, istərsə də meyitdən orqan köçürülməsi məsələsi özündə həm hüquqi, həm də sosial problemləri əhatə etdiyi üçün məsələnin digər tərəflərinin nə zaman yekunlaşacağını dəqiq demək olmur.

 

M.Kazımi deyib ki, ayda iki dəfə olmaq şərti ilə Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şuranın üzvləri arasında  iclas keçirilir və istər canlıdan, istərsə də meyitdən orqan transplantasiyası ilə bağlı gələcəkdə planlaşdırılacaq işlər daim müzakirədədir: “Hazırda meyit orqanlarından istifadə edərək orqan köçürülmə əməliyyatlarının icra olunması, eyni zamanda istər canlı donorlardan, istərsə də meyitdən orqan köçürüləcək xəstələrin əməliyyat qabağı müayinəsi, əməliyyat zamanı lazım olan proseduraların təyini, əməliyyat sonrası lazım olduğu hallarda xəstələrin reabilitasiya müddətinin təşkili haqqında müzakirələr gedir. Hesab edirəm ki, bu məsələlər qısa zamanda həllini tapacaq. Hər iki proqram əsasında müəyyən təkliflər konsepsiyası hazırlanıb və Səhiyyə Nazirliyinə təqdim olunma mərhələsindədir. Təqdim olunduqdan sonra Səhiyyə Nazirliyinin müvafiq rəyi nəticəsində bu işlərin həyata keçirilməsinə start veriləcək”.

 

Həkim bildirib ki, meyitdən orqan götürülməsi üçün beyin ölümü diaqnozunun qoyulması ilə bağlı hazırlanan təkliflər də paket halında Nazirliyə təqdim ediləcək və son qərar  Səhiyyə Nazirliyi tərəfindən veriləcək.

 

M.Kazımı qeyd edib ki, Şura tərəfindən  beyin ölümü diaqnozunda hansı mütəxəssislərin iştirak edəcəyi də artıq müəyyən edilib: “ Bu prosesin icrasında 3 ya 4 mütəxəssisin iştirakı nəzərdə tutulub. Bunlara reanimatoloq, beyin cərrahı, nevropatoloq və kardioloq daxildir. Kardioloqla bağlı müzakirə hələ aparılır və tam qərar verilməyib ki, konsiliuma  əlavəsinə ehtiyac var ya yox?”

 

“Azərbaycanda orqan transplantasiyası əməliyyatına ehtiyacı olan xəstələrin siyahısı tam hazırlanmayıb. Siyahının tam yazılması üçün  bu proqram aktiv hala gəlməlidir. Səhiyyə Nazirliyi tərəfindən yekun qərar verildikdən sonra siyahıyaalma başlanacaq.  Meyitdən orqan köçürülməsi əməliyyatlarının vahid bir mərkəzdə aparılması məsələsinə gəlincə isə, bu əməliyyatların icrası tək bir mərkəzlə deyil, həm də ixtisasla da bağlıdır.  Belə ki, hər hansı xəstəxanada bu işi görən mütəxəssisin olması vacibdir ki, həmin xəstəxanada  bu əməliyyat gerçəkləşdirilsin -deyə, M.Kazımi əlavə edib.

 

 

Həkim son olaraq qeyd edib ki, bu günə qədər Mərkəzi Neftçilər Xəstəxanası tərəfindən 110 qaraciyər və 356  böyrək transplantasiyası əməliyyatı icra olunub: “Xəstələrimizin də durumu qənaətbəxşdir. Bu işlərə davam edirik. Xəstələrin 15% -ni uşaqlar təşkil edib. Uşaqlar 1 yaş yarımdan 15 yaşa qədər yaş qrupunda olublar”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 860

Oxşar yazılar

"Sea Breeze" yolunda YENİ QAYDALAR

"Sea Breeze" yolunda YENİ QAYDALAR

16 iyul 2025 , 16:10
Dünyanın ən bahalı pendiri:  36 min avroya satıldı

Dünyanın ən bahalı pendiri: 36 min avroya satıldı

16 iyul 2025 , 16:03
Həftə sonu  41 dərəcə isti   olacaq

Həftə sonu 41 dərəcə isti olacaq

16 iyul 2025 , 15:58
Sabah da çimərlik havası  olacaq - PROQNOZ

Sabah da çimərlik havası olacaq - PROQNOZ

16 iyul 2025 , 14:21
Əllərdə  sarımsaq qoxusu,   fincanda ləkə, telefonda cızıq: Diş məcunu ilə  həll edin

Əllərdə sarımsaq qoxusu, fincanda ləkə, telefonda cızıq: Diş məcunu ilə həll edin

16 iyul 2025 , 13:52
Küləklə  bağlı XƏBƏRDARLIQ

Küləklə bağlı XƏBƏRDARLIQ

16 iyul 2025 , 13:19
40 dərəcə isti olacaq,  bu yerlərə leysan yağacaq  - Sabahın HAVASI

40 dərəcə isti olacaq, bu yerlərə leysan yağacaq - Sabahın HAVASI

16 iyul 2025 , 12:33
Bu rayonlara leysan yağır  - Faktiki HAVA

Bu rayonlara leysan yağır - Faktiki HAVA

16 iyul 2025 , 10:41