Məcburi köçkünlər qanvermə aksiyasına qoşulublar
07 fevral 2017 10:31 (UTC +04:00)

Məcburi köçkünlər qanvermə aksiyasına qoşulublar

Fevralın 6-da Goranboy rayonu ərazisində Xocalıdan olan məcburi köçkünlər üçün salınmış Aşağı Ağcakənd qəsəbəsində könüllü qanvermə aksiyası keçirilib.

 

Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, Səhiyyə Nazirliyinin və Xocalı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə keçirilən aksiyada Xocalıdan olan 100 nəfərdən çox məcburi köçkün iştirak edib.

Bildirək ki, Mərkəzi Qan Bankının Gəncə Regional Bölməsinin əməkdaşları tərəfindən toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq üçün bu cür aksiyalar respublikamızın digər bölgələrində də müntəzəm olaraq keçirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 152
avatar

Oxşar yazılar