Məcburi köçkünlərdən kimlərə müavinət verilməyəcək? - <span style="color:red;">SİYAHI
25 yanvar 2017 10:56 (UTC +04:00)

Məcburi köçkünlərdən kimlərə müavinət verilməyəcək? - SİYAHI

 

Dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) edən zabitlərə və digər məsul vəzifəli məcburi köçkünlərə 36 manat aylıq müavinət verilməyəcək.

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Lent.az-a bildirilib ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydaları təsdiqlənib və işlər həmin qaydalar əsasında icra ediləcək.  

 

Qaydalardan birində nəzərdə tutulub ki, adına ev sənədi olan məcburi köçkünlərin də aylıq müavinəti kəsilir. Əhali arasında belə məlumat yayılıb ki, dövlət tərəfindən məcburi köçkünlər üçün salınmış qəsəbələrdə mənzil sahibi olan məcburi köçkünlərin də aylıq müavinətləri ödənilməyəcək.

 

Məsələ ilə bağlı Komitədən Lent.az-a bildirildi ki, aylıq müavinətin  kəsilməsi həmin məcburi köçkünlərə şamil edilmir: “ Həmin mənzillər o məcburi köçkünlərin tam mülkiyyətinə verilmir. Mənzillər onlar üçün müvəqqəti yaşayış sahəsi kimi nəzərdə tutulduğundan aylıq müavinətləri ödəniləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 159
avatar

Fərizə Əhmədova

Oxşar yazılar