Zeynəb Xanlarovanın oğluna yüksək vəzifə verildi - FOTO
03 fevral 2017 12:30 (UTC +04:00)

Zeynəb Xanlarovanın oğluna yüksək vəzifə verildi - FOTO

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədrinə iki müavin təyin olunub.

 

"APA-Economics"in əldə etdiyi məlumata görə, Azərbaycan prezidentinin 2 fevral 2017-ci il tarixli sərəncamları ilə Niyazi Süleyman oğlu Rəhimov və Ramin Səlim oğlu Babayev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavinləri təyin edilib.

 

Bunadək N. Rəhimov komitənin Aparat rəhbərinin müavini, R. Babayev isə adıçəkilən qurum yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifələrində çalışıb.

 

Qeyd edək ki, R.Babayev xalq artisti, deputat Zeynəb Xanlarovanın oğludur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 247
avatar

APA Baycan

Oxşar yazılar