Kəmaləddin Heydərov Xaçmazda qəbul keçirəcək
20 fevral 2017 12:53 (UTC +04:00)

Kəmaləddin Heydərov Xaçmazda qəbul keçirəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  fevralın 24-də Xaçmaz şəhərində, nazirliyin Şimal Regional Mərkəzinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

 

FHN-nin  mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəbulda yalnız Xaçmaz, Qusar, Quba, Şabran, Siyəzən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı nazirliyin Şimal Regional Mərkəzinin inzibati binasında 23 fevral 2017-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected]

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 198
avatar

Oxşar yazılar