Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 27 yanvar 2017-ci il tarixində Tovuz şəhərində, Olimpiya İdman Kompleksinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək. Lent.az FHN-in saytına istinadən xəbər verir ki, qəbulda yalnız Tovuz, Ağstafa, Qazax, Şəmkir rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Olimpiya İdman Kompleksinin inzibati binasında (ünvan: Tovuz şəhəri, Heydər Əliyev prospekti 1) 26 yanvar 2017-ci il tarixində saat 09.00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]