Dövlət İmtahan Mərkəzi bölgələr üzrə ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının I mərhələsinin keçirilmə qrafikini açıqlayıb.
DİM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bölgələr üzrə ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının I mərhələsi 2017-ci il 5, 12, 18 mart tarixlərində aşağıdakı qrafikə uyğun keçiriləcək.
Buraxılış imtahanları Bakı, Sumqayıt, Abşeron, Xızı, Qobustanda – martın 5-də, Naxçıvan Muxtar Respublikası, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Xocavənd, Füzuli, Beyləqan, Ağsu, Ucar, Kürdəmirdə - martın 12-də, Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Mingəçevir, İsmayıllı, Göyçay, Şamaxı, Ağdaş, Yevlax, Quba, Şabran, Qusar, Xaçmaz, Siyəzəndə isə martın 18-də keçiriləcək.
Qeyd edək ki, Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.
Bundan başqa, Heydər Əliyev adına Hərbi Lisey və Peşə liseylərinin şagirdləri üçün imtahan martın 12-də, C.Naxçıvanski adına Hərbi lisey, Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün martın 18-də keçiriləcək.