İsmayıllıda qanunsuz at kəsimi aşkarlandı
14 dekabr 2016 13:54 (UTC +04:00)

İsmayıllıda qanunsuz at kəsimi aşkarlandı

0

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirləri davam etdirir.

 

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin İsmayıllı Rayon Baytarlıq İdarəsinin və  İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınmış anonim məlumat əsasında birgə reyd keçirilib. DBNX-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, reyd nəticəsində İsmayıllı rayon Qubaxəlilli kənd sakini, 1967-ci il təvəllüdlü Həsənov Saleh Əmirxan oğlunun gizli şəkildə, qanunsuz olaraq  Qubaxəlilli kəndinin qışlağında 3 baş atı kəsdiyi aşkar edilib.

 

Araşdırma zamanı atların mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmadığı, baytarlıq-sanitariya tələblərinə əməl edilmədən, gizlin şəkildə və antisanitar şəraitdə kəsildiyi müəyyən olunub. Kəsilmiş at cəmdəklərinin çəkisi 210 kq miqdarında olub.

 

Antisanitar şəraitdə kəsilərkən aşkarlanan at cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

 

Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək.

 

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 351

Oxşar yazılar