İlahə Məmmədovanın 25 yaşı var. 14 ildir ağır dərəcəli (120 dərəcə) skoliozdan əziyyət çəkir. 2007-ci ildə Türkiyənin Ankara şəhərində Başkent Universiteti Xəstəxanasında 25 min ABŞ dolları dəyərində əməliyyat keçirib, onurğasına mil qoyulub. Əməliyyat uğurlu olmadığından onurğada əyilmə hələ də davam edir və iflic riski daşıyır. Lent.az-ın məlumatına görə, İ. Məmmədova DTX Hərbi Tibb İdarəsi Xəstəxanasında müayinələrini davam etdirir.
Apreldə növbəti əməliyyat olmalıdır. Əməliyyatın qiyməti 27 min ABŞ dollarıdır. Olduqca ağır əməliyyatdır. Sümük implant olunacaq. Donor ABŞ-da yaşayır. Bu məbləğə donor sümüklərinin və implantasiyanın xərci də daxildir.
İlahə 3 ay ərzində bu məbləğin toplanacağına inanır: “Artıq çox gəzə, ayaq üstə dayana bilmirəm. Milin bir hissəsi boynumu çox narahat edir. Yanvarın 21-i ilkin ödəniş olmalıdır. Sizdən çox rica edirəm, dostlarınızla paylaşın. Hər kəsin görməsi üçün paylaşım etməyinizi xahiş edirəm. Mənim sağlığım öncə Allahın, sonra həkimlərin və sizlərin əlindədir. Məni aranızda sağlam görmək istəyirsinizsə, köməyinizi əsirgəməyin”.
İlahənin sağalması üçün şansı var. Gəlin, bu şansı ona verək və yardımlarımızı əsirgəməyək.
Dəstəklərinizi aşağıda qeyd olunan hesab nömrələrinə köçürə bilərsiniz:
Əlavə məlumat əldə etmək üçün 0(77) 7620009, 0(55) 8525112 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
BANK RESPUBLİKA
Hesab nömrəsi AZN : Million- 380194404053897001
Seriya nömrəsi AZE 06743291
Hesab nömrəsi ABŞ dolları : Million- 381184004053897002
Seriya nömrəsi AZE 06743291
Bankla ödənişlər üçün:
Bank Respublika
Hesab nömrəsi manatla:
İlaha Mammadova
İBAN: AZ80BRES00380194404053897001
Seriya nömrəsi AZE 06743291
Hesab nömrəsi ABŞ Dolları ilə:
İlaha Mammadova
İBAN: AZ74BRES00381184004053897002
Seriya nömrəsi AZE 06743291