Prezidenti Horadizdə bina təmirinə pul ayırdı
14 noyabr 2016 18:19 (UTC +04:00)

Prezidenti Horadizdə bina təmirinə pul ayırdı

 

Prezident İlham Əliyev Horadiz şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın prezident.az-a istinadən məlumatına görə, sərəncama əsasən, Horadizdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 27 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə   Horadiz şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Füzuli Rayon İcra Hakimiyyətinə 3  milyon manat ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 223
avatar

Oxşar yazılar