Bayram namazını bu məsciddə də qılmaq olacaq
03 iyun 2019 11:39 (UTC +04:00)

Bayram namazını bu məsciddə də qılmaq olacaq

Ramazan bayramı münasibətilə Heydər məscidində bayram namazı ayın 5-də saat 08:30-da qılınacaq.

Bu barədə Lent.az-a məscidin imamı Hacı Rüfət Qarayev bildirib.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən açıqlamaya görə, bayram namazı “Əjdərbəy” məscidində saat 8:00, “Təzə Pir”-də isə  9:00-da qılınacaq.

Məscidlərdə namaz saatlarının fərqli olmasına gəlincə isə, QMİ-dən bildirilib ki, orucunu tamamlamış, bayrama çatmış bir insanın bayram namazını qılması müstəhəbdir, yəni vacib deyil: “Ramazanı tamamlamış insan bayram günü namaza qatıla bilər. Amma bayram günü namazı nə vaxt qılmaq olar? Yaxud da bir-iki saat fərqlə qılmaq olarmı? Yəni onun məxsusi vaxtı yoxdur. Gün çıxandan sonra Zöhr namazına qədər bayram namazı qılına bilər. Deyək ki, günün çıxması saat 6:00-dırsa, bayram namazı bu saatdan başlayaraq saat 13:00-a qədər qılınmalıdır”.

Namazın müxtəlif saatlara təyin olunmasını isə QMİ, insanların namaza rahat qatılması, iştirak edə bilməsi ilə izah edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 904

Oxşar yazılar

Sabah  çimərliklərdə hava   necə olacaq? - PROQNOZ

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ

7 iyul 2025 , 15:54
Bakıda kuryerlər "Wolt"u boykot edir

Bakıda kuryerlər "Wolt"u boykot edir

7 iyul 2025 , 15:13
Bunlara diqqət etməyənlərin diplomu tanınmayacaq - EKSPERTDƏN AÇIQLAMA

Bunlara diqqət etməyənlərin diplomu tanınmayacaq - EKSPERTDƏN AÇIQLAMA

7 iyul 2025 , 15:10
Bakıya  yağış,   rayonlara  leysan yağacaq  - Sabahın havası

Bakıya yağış, rayonlara leysan yağacaq - Sabahın havası

7 iyul 2025 , 12:55
Bu həftə gözlənilən maqnit qasırğalarının  PROQNOZU

Bu həftə gözlənilən maqnit qasırğalarının PROQNOZU

7 iyul 2025 , 12:26
Magistraturaya ixtisas seçimi başladı

Magistraturaya ixtisas seçimi başladı

7 iyul 2025 , 11:38
İyul ayında hər şeydə şanslı olacaq  BÜRC

İyul ayında hər şeydə şanslı olacaq BÜRC

7 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

7 iyul 2025 , 08:29