Prezident İlham Əliyev akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Həsən Əliyevin 110 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçiriləcək.