Həbsdən çıxmış 6681 nəfər birdəfəlik müavinətlə təmin edilib
28 noyabr 2016 15:32 (UTC +04:00)

Həbsdən çıxmış 6681 nəfər birdəfəlik müavinətlə təmin edilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin yanvar-sentyabr aylarında penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan 6681 nəfər şəxsi birdəfəlik sosial müavinətlə təmin edib.

 

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müvafiq qanunvericiliyə uyğun olaraq, həmin şəxslərin hər birinə minimum əmək haqqının 4 misli qədər, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib.

 

Bundan  başqa,  penitensiar müəssisələrdə cəza müddəti başa çatmaq ərəfəsində olan şəxslərə gələcəkdə əmək bazarına səmərəli inteqrasiya imkanlarının yaradılması da diqqətdə saxlanılıb. Bu məqsədlə cari ildə Bakının Xətai və Qaradağ rayonlarındakı cəzaçəkmə müəssisələrində cəza müddəti başa çatmaqda olan 62 nəfər üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib.

 

 

Bildirək ki, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyalarına aid olduğundan məşğulluq orqanları tərəfindən həmin şəxslərin də kvota üzrə ayrılmış iş yerlərində məşğulluğu təmin olunur.

 

Qeyd edək ki, ƏƏSMN-nin sifarişi ilə Qobustan rayonunda penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün inşa olunan 50 yerlik Sosial Adaptasiya Mərkəzinin tikintisi işləri davam etdirilir. Mərkəz bu təbəqədən olan insanların hüquqlarının müdafiəsi, onların sosial adaptasiyası, sosial mühitə uyğunlaşdırılması və s. istiqamətdə zəruri tədbirləri həyata keçirəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 280
avatar

Oxşar yazılar