Hazırda paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, hazırda Ziya Bünyadov, Azadlıq, Neftçilər və Tbilisi prospektlərində, eləcə də A.Bakıxanov və S.Vurğun küçələrində sıxlıq var.
Agentlik bir daha sürücü və piyadalardan meteoroloji amilləri mütləq şəkildə nəzərə alaraq diqqətli olmalarını xahiş edir.
Qeyd edək ki, hazırda Bakı Nəqliyyat Agentliyi müşahidə kameraları vasitəsi ilə paytaxtın küçə və prospektlərinə nəzarəti gücləndirib.